Avq 29, 2016 12:30 Asia/Baku
  • "Burkini"(üzmək üçün islami geyim)

Fransa Ali Məhkəməsinin "Burkini"(üzmək üçün islami geyim) barədə tətbiq edilən qadağanın qeyri-qanuni olduğunu elan etməsinə baxmayaraq, Fransa şəhərlərinin merləri hələ də bu qadağanı ləğv etmirlər.

Fransa Dövlət Şurası cümə günü müsəlman qadınların "Burkini"dən istifadəsinə tətbiq edilən qadağanı "geyim, söz və dini etiqad" azadlığının pozulması adlandıraraq, bu qərarın icrasını müvəqqəti olaraq dondurub. 

"Burkini" hicablı qadınlar üçün nəzərdə tutulmuş üzgücülük geyimidir. Bu geyim üz, əl və ayaqlar xaric olmaqla bədənin bütün hissəsini örtür. "Burkini" adı "Bərqə"(bir növ hicab" və "Bikini"(üzmək üçün geyim) kəlmələrinin birləşməsindən  yaranıb. 

Fransada 20-dən artıq şəhərin meri bazar günü Ali Məhkəmənin qərarına baxmayaraq, bildiriblər ki, Burkini-dən istifadəyə tətbiq edilən qadağanı ləğv etməyəcəklər. 
Fransa Ali Məhkəməsi "Burkini"yə tətbiq edilən qadağanın "fundamental azadlıqlar, etiqad azadlığı və fərdi azadlıqlar"ı kobud şəkildə pozduğunu bildirib.

Avqust ayında yerli instansiya məhkəməsinin qərarı ilə Fransanın Kan şəhərində Burkini-dən istifadə qadağan edildi. Daha sonra digər iri şəhərlərdə də Burkini-dən istifadə qadağan edildi. 

Fransada "Burkini"yə qadağanın tətbiq edilməsinin ardınca çoxlu sayda hicablı qadın cərimə edilib. Həmçinin, Fransa polisi 6 hicablı qadını çimərliyi tərk etməyə məcbur edib. 

Fransanın daxili işlər naziri Benard Kazno bazar günü yayımlanan müsahibəsində "Burkini"dən istifadənin qadağan edilməsini təhrikedici amil hesab etməklə yanaşı, qeyri-qanuni elan edib. 

Fransa Dövlət Şurası "İnsan Haqları Birliyinin" məsələyə yenidən baxılması üzrə istəyinin ardınca Burkini-yə tətbiq edilən qadağanın ləğvi barədə qərar çıxardıb. 

"İslam Dini Fransız Şurası" da məhkəmənin bu qərarını "məntiqin qələbəsi" adlandırıb və alqışlayıb. 

Teqlər