Hindistanın nəzarətində olan Kəşmirdə etiraz aksiyası
Hindistan dövlətinin səriştəsiz siyasətlərinə qarşı Kəşmir əhalisinin etiraz aksiyası bir daha qarşıdurmaya gətirib çıxarıb.
SəhərTV-nin ordu bölməsinin verdiyi məlumata görə, Hindistanın nəzarətində olan Kəşmirdə hökumətə qarşı etiraz aksiyaları davam edir.
Nemayişçilər hökumətə qarşı şüarlar səsləndirərək, Hindistan dövlətinin Kəşmir əhalisinə qarşı repressiya siyasətinə öz etirazlarını bildiriblər.
Aksiyaçılar Hindistanın təhlükəsizlik qüvvələrinin Kəşmir əhalisinə qarşı repressiya və qırğın siyasətini pisləyərək, Narindarmudidən bu siyasətlərə son qoymasını istəyiblər.
Hindistanın təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə ediblər, nəticədə bir nəfər həlak olub bir neçə nəfər xəsarət alıb.
Hindistanın nəzarətində olan Kəşmir son günlər tətillər və hökumətə qarşı etiraz aksiyalarının şahididir.
Pakistan xalqı da dünən Hindistanın Kəşmir əhalisinə qarşı repressiyalarına qarşı etiraz aksiyası keçirərək, kəşmirlilərə dəstək olduğunu bildirib.
İki aydır başlanan Kəşmir toqquşmaları nəticəsində indiyədək 90 mülki həlak olub, 8 min nəfər də yaralanıb.