Miqrantların sığınacağı yandırıldı
Sen 07, 2016 12:23 Asia/Baku
Fransanın şimalında bir qrup miqrantların məskunlaşdırılması üçün nəzərdə tutulmuş bina yanğına məruz qalıb.
Frans 24 kanalının verdiyi məlumata görə, Fransada miqrantların qəbul edilməsi üzrə humanitar mərkəzlərin yaradılması bəzi yerli sakinlərin mənfi reaksiyasına səbəb olub. Dünən axşam Parisin cənubunda yerləşən Essonne şəhərində miqrantlar üçün sığınacaq olaraq nəzərdə tutulan bina yanğına məruz qalıb. Bu binada oktyabr ayından 91 miqrantın qalması nəzərdə tutulmuşdu.
Bu yanğına məruz qalan 2-ci humanitar mərkəzdir. İlkin araşdırmalara görə yanğın qəsdən törədilib.