Sen 28, 2016 12:15 Asia/Baku
  • Çavuşoğlu: Avropa ölkələri terrorizm məsələsi ilə ikili davranırlar
    Çavuşoğlu: Avropa ölkələri terrorizm məsələsi ilə ikili davranırlar

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada ingilis həmkarı Boris Consonla keçirdiyi birgə mətbuat konfransında deyib: Terror qruplaşmaları Suriyanın şimalında özləri üçün kiçik ölkələr təşkil etməyə çalışırlar.

Çavuşoğlunun sözlərinə görə, dünya ölkələri digər terror qruplaşmaları ilə mübarizə bəhanəsi ilə bu işə icazə verməməlidirlər.

Türkiyə xarici işlər naziri əlavə edib: Bəzi Avropa ölkələri YPG və Xalq Müdafiə Qüvvələri kimi terror qruplaşmaları üçün imtiyazlar nəzərdə tutur və onlara bu ölkələrin ərazisində hərəkət etmək şəraiti yaradırlar. Bu, ikili davranışdır.

Çavuşoğlu xatırladıb: Bizim İŞİD terror qruplaşmasını Suriyadan kənarlaşdırmağın zəruriliyi barədə yekdil rəyimiz vardır. Terror qruplaşmalarına tolerant münasibət bəsləmək olmaz.

Teqlər