Miqrantlar AB ölkələri arasında bölüşdürülsün
Avropa Komisiyası Avropa Birliyinə üzv ölkələri Yunanıstanda yerləşən on minlərlə miqrantı 2017-ci ilin sonunadən öz aralarında bölüşdürməyə çağırıb.
"Le Figaro" qəzetinin internet portalının yazdığına görə, Avropa Komisiyası bu gün üz ölkələri Yunanıstandakı miqrantları qəbul etmək sahəsindəki səylərini gücləndirməyə çağırıb.
Avropa Komisiyası 2017-ci ilin sonunadək 30 min miqrantın AB ölkələri arasında bölüşdürülməsini mümkün hesab edir.
Avropa Birliyinin quru və dəniz yolu ilə özünü Yunanıstana çatdırmış 160 min miqrantın AB ölkələri arasında bölüşdürülməsinə dair bir layihəni 2015-ci il sentyabrda hazırlamış olmasına rəğmən Avropa Komisiyasının statistikalarına əsasən indiyədən Yunanıstan və İtaliyadan sadəcə 5 min 651 nəfər miqrant AB ölkələri arasında bölüşdürülmüşdür.