Okt 06, 2016 16:48 Asia/Baku
  • BVF dünyada borcların artması barədə xəbərdarlıq edib
    BVF dünyada borcların artması barədə xəbərdarlıq edib

Beynəlxalq Valyuta Fondu dünya səviyyəsində dövlətlər və özəl sektorun borclarının artması barədə xəbərdarlıq edib.

Frans Press-in Vaşinqtondan verdiyi məlumata görə, BVF dünən bir hesabat yayaraq bildirib ki, dünya ölkələrində dövlət və özəl sektorların borclarının həcmi ötən il ilə müqayisədə misli görünməmiş həddə artıb. 

Bu hesabata görə, 2015-ci ildə ölkələrin dövlət və özəl sektorlarının borclarının həcmi həmin ildə bütün ölkələrin iqtisadi sərvətlərindən iki dəfə çox olub. 

BVF ötən ilki borcların 152 trilyon dollar olduğunu və bu rəqəmin ölkələrin elan etdikləri ümummilli istehsaldan 255 faiz çox olduğunu bildirib. 

BVF-nin büdcə bölməsinin müdiri Vitor Qaspar da deyib: Borcların yuxarı səviyyədə olması ölkələrin maliyyə durğunluğuna gətirib çıxara bilər bu da adi durğunluqla müqayisədə daha ziyanlıdır. 

 

Teqlər