Cənubi Afrikada anti-sionizm aksiyası keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i238361-cənubi_afrikada_anti_sionizm_aksiyası_keçirilib
Cənubi Afrikanın paytaxtı Yohannesburq şəhərində Fələstin xalqına dəstək və sionist rejimə etiraz aksiyası keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 06, 2016 13:51 Asia/Baku
  • Cənubi Afrikada anti-sionizm aksiyası keçirilib
    Cənubi Afrikada anti-sionizm aksiyası keçirilib

Cənubi Afrikanın paytaxtı Yohannesburq şəhərində Fələstin xalqına dəstək və sionist rejimə etiraz aksiyası keçirilib.

FransPress-in verdiyi məlumata görə, Cənubi Afrikada Fələstin himayədarları sionist rejimin Yohannesburqdakı səfirliyinin ticarət ofisi qarşısına toplaşaraq, bu rejimin işğal etdiyi ərazilərdə fələstinliləri ittihamları bəlli olmadan həbs etməsinə öz etirazlarını bildiriblər. 

Aksiyada iştirak edən keçmiş nazir Runi Kasrilez deyib: Fələstin xalqı azad edilməyincə Cənubi Afrika hökuməti İsrailin səfirliyi və bütün ofislərinin fəaliyyətini dayandırmaldır. 

Deyilənlərə görə bu aksiya " Fələstin xalqı ilə həmrəylik kampaniyası" çərçivəsində həyata keçib.

Digər tərəfdən Cənubi Afrikada qeyri-hökumət təşkilatları fələstinli qadın və uşaqların sionist rejim tərəfindən hüquqlarının pozulmasına xüsusi diqqət ayırmışlar.