Rusiyada dünyanın ən iri nüvə raketinin təqdimatı olub
-
RS-28 Sarmat
Rusiya ilk dəfə olaraq dünyanın ən iri nüvə raketinin görüntülərini yayıb. Bu raketin Fransa genişliyində bir ərazini məhv etmək qabiliyyəti var.
Raketin adı "RS-28 Sarmat"-dır, ancaq "şeytan-2" adı ilə tanınır. Bu iri raket saniiyədə 7 km sürətlə hərəkət edir və raketə qarşı sistemlərdən yayınmaq qabiliyyətinə malikdir.
Bu yeni nüvə raketi 40 meqa tonluq başlıq daşıya bilir bu isə ABŞ-ın 1945-ci ildə Xirosima və Naqasakiyə qarşı istifadə etdiyi atom bombasından 2 min dəfə güclüdür.
RS-28 Sarmat tipli raket 2018-ci ildə istehsal ediləcək.
Rusiyanın Müdafiə Nazirliyinin informasiya agentliyi " Zvezda" bildirib ki, radardan yayınan bu raket 15 nüvə başlığını daşıya bilir və Fransa yaxud ABŞ-ın Texas ştatı boyda ərazini məhv etmək gücünə malikdir.
Dünyanın ən iri nüvə raketi 10 min km-lik məsafəni hədəfə almaq qabiliyyətinə malik olaraq London və digər Avropa şəhərləri eləcə də ABŞ-ın qərb və şərq sahillərini hədəfə ala bilir.