Moskva NATO-nun nigaranlığını əsassız adlandırdı
Rusiyanın yüksək səviyyəli rəsmisi deyib: Şimali Atlantik Alyansı NATO-nun Rusiya hərbçiləri və gəmilərinin Aralıq dənizindəki iştirakından nigaran olmasına əsas yoxdur.
Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin Avropa Əməkdaşlıq İdarəsinin direktoru Andrey Klin bu ölkənin hava qüvvələri son günlər Hələbə qarşı hava əməliyyatı həyata keçirməyib və Rusiya qırıcıları da son 9 gündə hətta Hələbə yaxınlaşmayıb. NATO-nun Rusiya gəmilərinin Aralıq dənizində iştirakı ilə bağlı nigaranlıqları əsassızdır.
Rusiya rəsmisi NATO baş katibi Yens Stoltenberqin iddiasına reaksiyada bildirib: Rusiya gəmiləri həmişə Aralıq dənizində olmuşdur və kimsənin bir şeyə şübhəli olmasına əsas yoxdur.
NATO baş katibi çərşənbə günü açıqlamasında Rusiya gəmiləri və hərbçilərinin Aralıq dənizindəki hərəkətləri və bu ölkənin Suriyanın Hələb şəhərinə hava əmliyyatında iştirakından nigaranlıq edib.