Avropa Birliyi Myanmada Ruhingiya müsəlmanları azlığının vəziyyətindən nigaranlıq edib
Avropa Birliyi dünən Myanmada Ruhingiya müsəlmanları azlığının təhlükəsizlik və insan haqları vəziyyətindən nigaranlıq edib.
IRIB-nin məlumatına görə, Avropa Birliyi bu birliklə Myanma arasındakı insan haqları danışıqlarının üçüncü dövründən sonra bir mətbuat bəyanatında bir daha Raxin əyalətində Ruhingiya müsəlmanları azlığına qarşı hücumlar və ondan irəli gələn nəticələr barədə müstəqil və mötəbər araşdırmanın aparılmasını istəyərək, bu məntəqəyə humanitar yardımların göndərilməsi vacibliyini vurğulayıb.
Bəyanatda deyilir: Myanma başçıları avropalı rəsmilərlə görüşdə bu hadisələr barədə daxili təhqiqat komitəsinin təşkili zamanının yaxın olmasından xəbər veriblər. İki tərəf həmçinin Raxin əyaləti qarşısında iqtisadi, ictimai, təhlükəsizlik və siyasi strategiyanın əldə olunması üçün atılacaq hiss olunan addımları araşdırıblar.
Myanma dövləti bu ölkə əhalisinin 1,3 milyondan çox nəfərini təşkil edən Ruhingiya müsəlmanlarının vətəndaş hüquqlarını rəsmən tanımır və onları qanunsuz mühacirlər hesab edir.
BMT iyunun sonlarında bir hesabatda bildirdi ki, Ruhingiya müsəlmanlarının hüquqlarının pozulması üzrə çoxlu sayda hal bəşəriyyətə qarşı cinayət sayıla bilər.