Mossadın şefi ABŞ-da Trampın komandası ilə görüşüb
-
Mossadın şefi ABŞ-da Trampın komandası ilə görüşüb
Sionist rejimin casusluq təşkilatı Mossadın rəisi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası ilə önəmli "region təhlükəsizliyi" məsələləri barədə danışıqlar aparıb.
Sionist Yadiut Aharnut qəzetinin yazdığına görə, Mossad rəisi Yusi Kohen son vaxtlar Amerikaya səfər edib və önəmli məsələlər, o cümlədən İranın nüvə anlaşması, Suriyada müharibə və Fələstin məsələsi barəsində Donald Trampın komandası ilə danışıqlar aparıb.
İki tərəf Misirin ev sahibliyi ilə konfransın keçirilməsi və gündəmdə olan digər məsələlər, o cümlədən Fələstin və Yeni Zelandiyanın irəli sürdüyü BMT-nin təşəbbbüsü barəsində məsləhətləşmə aparıb.
Məlumata görə, "İsrail" heyəti həmçinin Trampı qane etməklə BMT Təhlükəsizlik Şurasında Fələstinin təklifinə veto tətbiq etməyə çalışır.
Fələstinin bu təklifində sionist rejimin işğal olunmuş Fələstin ərazilərində tikililəri, o cümlədən işğal olunmuş Qüdsdə qəsəbələrin salınması ilə mübarizə məqsədilə beynəlxalq ictimaiyyətin sionist rejimi təcridə salması istənilib.
ABŞ-ın yeni prezidenti son vaxtlar bir şəxsi İsraildə səfir təyin edib ki, qəsəbə salma siyasəti ilə razıdır. İsrail rejimi ABŞ və İngiltərənin dəstəkləri və terrorçuların regiondakı hərəkətləri sayəsində qəsəbələrin sayını artırmaqdadır.