Dek 21, 2016 15:50 Asia/Baku
  • Tədqiqatçılar yer qabığının dərinliklərində ərinmiş dəmir çayı aşkarlayıblar
    Tədqiqatçılar yer qabığının dərinliklərində ərinmiş dəmir çayı aşkarlayıblar

Bir qrup avropalı tədqiqatçı yer qabığının 3 min kilometr dərinliyində ərinti dəmir çayı aşkarlayıbdır.

Əlcəzirə telekanalının ingiliscə yayılan bölməsinin məlumatına görə, bir qrup avropalı tədqiqatçı Rusiyanın, Alyaskanın və Kanadanın altında, çox dərinliklərdə hərəkətdə olan bir neçə yüz kilometrlik enə malik ərinti dəmirdən ibarət bir çay kəşf edibdir. Alimlər daim hərəkətdə olan bu yeralıt çayı atmosferin yuxarı qatlarında daim hərəkətdə olan "daimi güclü küləklər" ilə müqayisə ediblər və bu üzdən, həmin çayı "yeraltı ərinti dəmir külək" adlandırıblar.

Alimlər belə proqnoz edilər ki, nəhayət şimal və cənub maqnit qütbləri yerlərini bir-birilərilə əvəz edə bilərlər. Əgər belə bir hadisə baş verərsə, yer kürəsinin bizim tanıdığımız həyatına son dərəcə möcüzəli təsir göstərmiş olar. Amma nigaran olmayın, zira yerin maqnit meydanının əks hala düşməsi hər yüz min ildə bir dəfə baş verir.

Teqlər