Dek 22, 2016 11:12 Asia/Baku
  • Berlin əhalisinə yük maşını ilə basqının əsas şübhəlisi aşkarlanıb
    Berlin əhalisinə yük maşını ilə basqının əsas şübhəlisi aşkarlanıb

Almaniyanın terrorizmlə mübarizə prokurorluğu dünən Berlin əhalisinə yük maşını ilə basqının əsas şübhəlisi kimi 24 yaşlı tunisli Ənis Amirini təqdim və onun həbs olunması üçün mükafat təyin edib.

Press TV-nin məlumatına görə, Almaniyanın terrorizmlə mübarizə prokurorluğu bir bəyanatda bildirib ki, əhalidən Ənis Amirini görən kimi məsələni bu ölkə polisinə xəbər verməsini istəyib. Prokurorluq qeyd edib ki, bu şəxsin həbs olunması üçün 100 min avroluq bir mükafat təyin olunub.

Bazar ertəsi günü gecə bir yük maşını yeni milad ili şənlikləri ərəfəsində yerli bir bazarda alqı ilə məşğul olan Berlin şəhəri sakinlərindən bir qrupunu basdı ki, nəticədə azı 12 nəfər həlak oldu, 48 nəfər də yaralandı.

Bu terror aktı ilə bağlı həbs olunmuş yeganə şübhəli 23 yaşlı pakistanlı mühacir olubdur ki, onun bu hadisədə əlinin olmasına dair yetərincə dəlilin olmaması səbəbindən çərşənbə axşamı günü azad edilibdir.

Bu terror hadisəsi və onun amilinin aradan çıxmasının ardınca həmin fərari qatil tərəfindən terror hərəkətlərinin təkrarlanması ilə bağlı qorxu hissi bütün Almaniyanı və hətta Avropanı bürüyübdür.

Teqlər