Avropanın qorxuya etirafı: Terrorçular bizim azadlığımızı əlimizdən almaq istəyirlər
https://azeri.sahartv.ir/news/dünya-i252350-avropanın_qorxuya_etirafı_terrorçular_bizim_azadlığımızı_əlimizdən_almaq_istəyirlər
Berlində səfərdə olan İtaliya xarici işlər naziri öz alman həmkarı ilə görüşdə Berlin terror hadisəsi barədə deyib ki, terrorçuların hədəfi, bizim azadlığımızı əlimizdən almaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 22, 2016 09:49 Asia/Baku
  • Terrorçular bizim azadlığımızı əlimizdən almaq istəyirlər
    Terrorçular bizim azadlığımızı əlimizdən almaq istəyirlər

Berlində səfərdə olan İtaliya xarici işlər naziri öz alman həmkarı ilə görüşdə Berlin terror hadisəsi barədə deyib ki, terrorçuların hədəfi, bizim azadlığımızı əlimizdən almaqdır.

İtaliyanın Ray Nyus telekanalının məlumatına görə, İtaliya xarici işlər naziri Ancelino Alfano öz alman həmkarı Frank Valter Ştaynmayer ilə görüşdə son Berlin terror hadisəsi barədə deyib: Biz də sizin kimi yaranmış şəraitdən kədərli və narahatıq və hədəfə alınan məsələ, azadlıqdır. Terrorçular qorxu və dəhşət hissi yaratmaq istəyirlər ki, bu qorxu və dəhşət azadlığımızı və dəyərlərimizi dərk etməyi bizim əlimizdən alır.

Alfano əlavə edib: Qorxu ilə mübarizə azadlıq üçün mübarizə deməkdir. Zira qorxan hər bir kəs azad deyildir.

Qərb ölkələri başçılarının gecikmiş anti-terror mövqeləri elə bir haldadır ki, terrorçular qərblilərin himayəsi, yaşıl işıq göstərmələri və bəzən eyhamlı sükutları ilə Yaxın Şərqdə günahsız əhalinin asayişini əllərindən almışdılar.