Dek 29, 2016 10:01 Asia/Baku
  • Berlində terror şübhəlisi həbs olunub
    Berlində terror şübhəlisi həbs olunub

Berlin terror hücumu amili ilə bağlı bir şübhəli həbs olunub.

Fransada çıxan Le Fiqaro qəzeti veb-saytının yazdığına görə, Berlin terror hücumunun əsas şübhəlisi sayılan Anis Amri ilə bağlı 40 yaşlı bir Tunis vətəndaşı dünən Berlində həbs olunub.

Bu məlumata görə, Almaniya Federal Porkurorluğu qısa bir bəyanatda bildirib ki, Anis Amri öz mobil telefonunda bu 40 yaşlı Tunis vətəndaşının telefon nömrəsini saxlayıbmış. Təhqiqatlar bu Tunis vətəndaşının Berlin terror hücumu ilə əlaqəsinin ola bilməsi ehtimalından xəbər verir.

Bazar ertəsi günü, dekabrın 19-da bir yük maşınının birdən və qəsdən Berlinin "Korfrastendam" küçəsinin qonşuluğundakı bir satış mərkəzinin içərisinə daxil olması nəticəsində azı on iki nəfər ölmüş, 48 nəfər də yaralanmışdı.

İŞİD terror qrupu bu hücumun məsuliyyətini öz üzərinə götürübdür.

Teqlər