Binali Yıldırım: AB dünya xalqlarına xəyanət edir
Yan 11, 2017 12:33 Asia/Baku
Türkiyənin baş naziri Avropa Birliyinin terrorçu qruplaşmalarla bağlı ikili standartlara əsaslanan davranışını tənqid edib.
Trend-in məlumatına görə, Türkiyənin baş naziri Binali Yıldırım çərşənbə axşamı Ankarada deyib: Avropa Birliyinin terrorçu qruplaşmalarla bağlı ikili rəftarı dünya sülhü üçün ciddi təhdid və dünya xalqlarına böyük xəyanətdir.
Binali Yıldırım əlavə edib: PKK və İŞİD arasında fərq qoymaq AB-nin ikili standartlara əsaslanan siyasətindən xəbər verir.
Türkiyənin başnaziri həmçinin deyib: Avropanın təhlükəsizliyi Türkiyədən başlanır və bu ölkədə təhlükəsizliyin təmin edilməsi gərginliyin Avropa ölkələrinə sirayət etməsini önləyir. Və Türkiyə dünyada sabitliyin bərqərar edilməsi yolunda heç bir səyi əsirgəməyəcək.