Kaliforniyada sel və fəsadları
https://azeri.sahartv.ir/news/dünya-i255973-kaliforniyada_sel_və_fəsadları
Amerikanın Kaliforniya ştatının bəzi bölgələrində sel və daşqınlar baş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 13, 2017 14:28 Asia/Baku
  • 
Kaliforniyada sel və fəsadları
    Kaliforniyada sel və fəsadları

Amerikanın Kaliforniya ştatının bəzi bölgələrində sel və daşqınlar baş verib.

APTN-in məlumatına görə, Kaliforniya ştatında güclü yağıntılar və çayların daşması nəticəsində bəzi bölgələrdə suyun səviyyəsi analoqu olmayan şəkildə artıb və daşqınlar yaranıb. Geornevile liman şəhərində sakinlər küçələrdən keçmək üçün qayıqlardan istifadə edirlər.

Hidrometeorologiya Təşkilatı bildirib ki, Kaliforniya ştatında güclü yağış və qar gələn bir neçə gündə davam edəcək.