Avropalılar Tramp əleyhinə etiraza qalxdılar
Tramp əleyhinə etirazlar təkcə Amerika şəhərləri ilə məhdudlaşmırdı. Bir çox Avropa ölkələrinin paytaxtlarında da vətəndaşlar küçələrə axışıblar və Amerikanın yeni prezidentinin açıqlamalarına öz nifrətlərini fəryad ediblər. Amerika ştatları ilə yanaşı, İngiltərə, Almaniya, Belçika, Fransa, İtaliya, Çexiya Respublikası, Portuqaliya, Yunanıstan, Avstraliya və Yeni Zelandiyanın şəhərləri də Tramp əleyhinə etiraz aksiyalarının şahidi olub.
Bundan sonra Amerika və Almaniyanın əlaqələri korlanmaya doğru gedəcəkdir. Bunu, Almaniyadakı son rəy sorğularının nəticələri bildirir. Almanların təxminən üçdə ikisi bu qənaətdədir ki, Amerikanın yeni prezidenti proqnoz olunmayan və təhlükəli şəxsdir.
Almaniya vətəndaşı deyib: Tramp Amerika üçün təhlükəlidir. O Avropa və bütün dünya üçün təhlükəlidir. Elə buna görə, biz nigaranıq.
Bu rəy sorğusuna əsasən, Trampın iqtidara gəlməsini Almaniya üçün alternativlik hesab edən yalnız radikal və sağçı partiyanın tərəfdarları sevinirlər. Almaniyanın əksər vətəndaşları öz ölkə siyasətçilərinin daha çox Avropa Birliyinə diqqət yetirmələrini istəyirlər. və təkcə üç faiz Amerika ilə saziş və əməkdaşlığı dəstəkləyir.
Başqa bir Almaniya vətəndaşı deyib: Tramp ilk öncə insan kimi öz məsuliyyətlərini yerinə yetirəcəyini sübuta yetirməlidir. O ürəyi istədiyi kimi, hər şeyi dəyişə bilməz. Tramp əgər Amerikada hər bir şeyi dəyişə biləcəyini düşünürsə, onda öz səyini göstərsin.
Başqa bir alman deyib: Mənim fikrimcə, Trampı ciddiyə almamalıyıq. O çox düşünmür, əksinə çox danışır. Elə buna görə, bundan sonra Amerikanın Avropa ilə əlaqələrinin yaxşılaşacağını düşünmürəm.
Almaniya vətəndaşı deyib: Bir çox iqtisadi qüdrət vardır ki, Tramp onların qarşısında davam gətirə bilməz. Əgər Avropa ölkələri birləşərlərsə, Tramp dövrünün Amerikası elə bir iş görə bilməyəcək.
Trampın seçki kampaniyası fəryadları zamanından onunla əlaqədar müsbət mövqeyi olmayan Almaniyanın diplomatik rəsmiləri indi, açıq-aşkar şəkildə bildirirlər ki, Atlantik okeanın iki tərəfi arasında əlaqələrin çətin dövrü başlanmışdır. Ötən gün öz vaxtını bir muzeylə tanış olmağa ayıran Almaniya kansleri Angella Merkel Tramp barədə açıqlama verməkdən çəkindi. Amma onun əvəzedicisi Ziqmar Qabriel Amerika prezidentinin inaqurasiya mərasimindəki sözlərinə toxunaraq avropalıların birləşməsi qənaətindədir.
Almaniya kanslerinin əvəzedicisi Ziqmar Qabriel deyib: Bu mərasim zamanı şahidi olduğumuz, tamamilə nasionalist ritorika və strategiya idi. Fikrimcə, biz çətin dövr üçün hazırlaşmalıyıq. Tramp inaqurasiyadakı çıxışında tamamilə ciddi idi. Və bu o deməkdir ki, o öz seçki vədlərini yerinə yetirəcəkdir. Bu şəraitdə, Avropa və Almaniya öz mənafeyini qorumaq üçün bir-biri ilə birləşməlidir.
Almanlar Trampın strategiyasını rədd edərək, bu qənaətdədirlər ki, onun iqtidara gəlməsi radikal sağçı qrupların güclənməsi ilə nəticələnəcək.
Bu ölkənin ziyalıları və siyasətçilərinin rəyləri ilə bağlı son rəy sorğularının nəticələrinə görə, 96% Tramp dövründən nigarandırlar.
Avropa vətəndaşları və dövlət siyasətçilərinin Trampla əlaqədar mənfi baxışı və rəyi bu səbəbə daha da artır ki, Amerika prezidenti bu ölkədə yerləşən Avropa və Almaniya şirkətləri əleyhinə ağır vergilər tətbiq edəcəyini vurğulayıb.