İngiltərə hökumətinin rüsvayçılığı
Faktlara əsasən, İngiltərə sualtı ballistik raket sınağının məğlubiyyətini gizlədib.
İRİB-in məlumatına görə, İngiltərə hökuməti Trident nüvə raketi və köhnə sistemin yenilənməsi haqda bu ölkə parlamentində dinləmədən öncə başlıqla təchiz olunmayan ballistik raketin sınaq məğlubiyyətini gizlədib.
İngiltərənin Dəniz Qoşunlarının sabiq komandanı admiral Lord Vest bu uğursuzluğun ictimailəşməsinin gizlədilməsi üzrə hökumətin ehtimal olunan qərarı haqda Sky Newsa deyib: Mən onların belə qərarı nə üçün verdiklərini bilmək istəyirəm. Bu axmaq qərardır.
O İngiltərə müdafiə nazirindən bu sistemin yararlığı haqqında şübhə olmadığını aydınlaşdırmasını istəyib.
İngiltərənin ticarət naziri Qerk Klark da Sky Newsa deyib: Hökumətin əsas strategiyası bu idi ki, sistemlər və silahların müxtəlif sınaqları haqda söhbət etməsin.
İngiltərə başn aziri bazar günü bu sınağın məğlubiyyəti haqda məlumatlı olub-olmadığı haqda cavab verməyib.
Bu sınaq ötən il Florida sahilləri yaxınlığında keçirilib.
Əlbəttə İngiltərə baş naziri Tereza Mey BBC-yə deyib ki, Trident atış sistemi haqda tamamilə arxayındır. Lakin nüvə başlığını daşımaq üçün dizayn olunmuş ballistik raketin son sınağının məğlubiyyəti haqda mətbuatın açıqlamasını təkzib və ya təsdiq etməyib.