Somalidə Terrorçuların hücumunda 32 nəfər ölüb
Əl-Qaidənin tabeliyində olan Əşşəbab terrorçularının Somalinin paytaxtı Moqadişoda yerləşən bir hotelə qarşı hücumunda 32 nəfər ölüb və 51 nəfər yaralanıb.
FransPress-in verdiyi məlumata görə, Hücuma məruz qalan hotel paytaxtın mərkəzində parlament və prezident sarayı binalarının yaxınlığında yerləşir.
Somali təcili tibbi yardım rəisi Əbdül-Qadir deyib: Bir komikadze hotelin giriş qapısında bomba quraşdırılmış avtomobili partladıb, bu terror aktında 13 nəfər ölüb və bir neçə nəfər yaralanıb.
Əbdül-Qadir deyib: Bu partlayışdan dərhal sonra 4 silahlı şəxs hotelə girib və qarşılarına çıxanın üzərinə atəş açıblar.
Sumali jurnalistlər birliyi bildirib ki, ikinci hücumda FransPress, AsseoşieytedPress və Əl-Cəzirə telekanalından olan 7 jurnalist və fotoqraf xəsarət alıb.
Əşşəbab Somalidə terrorçu qruplardan biridir. Bu qrup 2012-ci ildə Əl-Qaidənin bir qolu kimi fəaliyyət göstərir və dəfələrlə dövlət qüvvələri və Afrika Birliyi qüvvələrinə qarşı hücumlara keçib.