Miqrantlar AB sərhədlərinin açılmasını istəyir
Yan 27, 2017 12:14 Asia/Baku
Serbiya paytaxtında qeyri-qanuni miqrantlar aksiya keçirərək Avropa Birliyini sərhədləri miqrantların üzünə açmağa çağırıb.
Rusiya əl-Youm televiziyası bildirib: Yüzlərlə qeyri-qanuni miqrant Serbiya paytaxtı Belqradda aksiya keçirərək Avropa Birliyindən sərhədləri onların üzünə açmasını istəyib. Yardım təşkilatları yanvar ayında Balkan ölkələrində güclü soyuqların miqrantlara təhlükəsi haqda xəbərdarlıq etmişdilər.