ABŞ prezidenti bu ölkə iqtisadiyyatının təhlükəsini artırıb
Goldman Saks müəssisəsi bildirib: ABŞ-ın yeni prezidenti bu ölkədə iqtisadi riskin artmasına səbəb olub.
Əl-Ərəbiyyə televiziyasının məlumatına görə, Goldman Saks müəssisəsinin iqtisadçıları Donald Tramp hökumətinin işə başlaması ilə Amerika iqtisadiyyatı barədə proqnozların perspektivini dəyişiblər.
Bu müəssisə öz hesabatında bildirib: ABŞ prezident seçkilərinin nəticələri elan olunduqdan sonra investorların etimadında müsbət dəyişikliyin səbəbi bu idi ki, onlar ticarət və miqrantlara qarşı məhdudiyyətlərin tətbiq olunması ehtimalından çox Tramp hökumətində investorlar üçün vergilərin azalacağı və sadələşdirmələrin artacağını təsəvvür edirdilər. Amma ticarət və miqrantların məhdudlaşdırılması ilə bağlı Trampın qərarları Amerikanın iqtisadi inkişafının güclənməsi planına kölgə salan mənfi amildir.