Hindistan ballistik raket əleyhinə müdafiə sipərini uğurla sınaqdan keçirib
Fev 11, 2017 20:05 Asia/Baku
Hindistan bu gün şərqdə Odisa sahillərində ballistik raket əleyhinə müdafiə sipərini uğurla sınaqdan keçirib.
İRNA-nın məlumatına görə, Hindistanın Müdafiə İnkişafı və Araşdırması Təşkilatı bir bəyanatda bildirib: Hədəfi çox dəqiq və modern sistemlərlə nişana alan iki mərhələli və avtomat raket nəzərdə tutulan hədəfi uğurla vurmuşdur.
Bu müdafiə sipəri öz ərazisindən kənarda və 50 kilometrdən yüksəklikdə uçan düşmən raketlərini nişana almaq üçün istifadə olunur.
Hindistan ötən gün də Pinaka adlı izləmə raketini uğurla sınaqdan keçirib.
Bu ölkə həmçinin ötən ay qitələarası Agni 5 nüvə raketini uğurla sınaqdan keçirib.
Hindistanın Müdafiə İnkişafı və Araşdırması Təşkilatı bu ölkənin raket proqramını icra edir.