Yəhya Sənvar Həmas-ın Qəzzədəki siyasi bürosunun yəni sədri oldu
Fev 13, 2017 16:17 Asia/Baku
-
Yəhya Sənvar Həmas-ın Qəzzədəki siyasi bürosunun yəni sədri oldu
Yəhya Sənvar Həmas-ın Qəzzədəki siyasi bürosunun yeni sədri olub. Xəlil Əlhəyyə isə onun müavini təyin edilib. Bundan öncə Həmas-ın Qəzzədəki siyasi bürosunun sədri İsmayıl Həniyyə idi.
Yəhya Sənvar İsrailin əsirliyindən azad edilmiş fələstinli məhbusdur və Həmas-ın hərbi qolunun tanınmış komandanlarından sayılır.
Sənvar Qəzzənin cənubunda yerləşən Xan Yunus didərginlər düşərgəsində dünyaya göz açıb və Həmas-ın kəşfiyyat orqanlarından biri olan Məcd hərəkatını təsisis edib.
O, 1988-ci ildə terrorçuluqda ittiham edilərək, həbs edilmiş və 4 dəfə ömürlük azadlıqdan məhrum edilmişdir. Lakin, 2011-ci ildə əsir alınmış İsrail hərbçisi Gəlad Şalitin müqabilində mindən artıq fələstinli əsirin azad edilməsi zamanı sərbəst buraxılmışdır.
Teqlər