Fev 17, 2017 10:55 Asia/Baku
  • Almaniya kansleri ABŞ MTA-nın casusluq fəaliyyətlərinə şahidlik edib
    Almaniya kansleri ABŞ MTA-nın casusluq fəaliyyətlərinə şahidlik edib

Almaniya kansleri Amerika Birləşmiş Ştatlarının Milli Təhlükəsizlik Agentliyinin casusluğu mövzusu barədə şahid keçib.

Almaniya kansleri Angella Merkel ABŞ-ın Almaniyaya qarşı casusluq iddiasına və Almaniyanın kəşfiyyat agentliklərinin fəaliyyətinə baxan parlament komitəsində deputatların suallarını cavablandırıb. Bu parlament komitəsi Amerikanın Milli Təhlükəsizlik Agentliyinin Almaniyada həyata keçirdiyi iddia edilən dinləmələr və bunun Alman agentləri ilə əlaqəsi barədə araşdırmalar aparırlar. Bu araşdırmalara ABŞ MTA-nin keçmiş əməkdaşı Eduard Esnoden ABŞ-ın 2013-cü ildə gizli dinləmələri barədə ifşaçılığından bir il sonra start verildi. 

Həmin ifşaçılığa görə, ABŞ MTA Almaniya dövlətinin telefonlarını dinləyirmiş və Merkeldə bundan istisna edilməyib. 

Bu barədə yayılan məlumatlar Berlin ilə Vaşinqton arasında diplomatik gərginliyə səbəb oldu və Merkel ilə Obama hökumətləri arasında yaxın əlaqələri müəyyən müddət üçün soyuqlaşdırdı. O vaxt Merkel demişdi ki, dostlar arasında casusluq qəbulediləsi deyil. Amma sonrakı ifşaçılıqla göstərdi ki, Almaniya Federal kəşfiyyat Agentliyi (BND) ABŞ-ın Almaniya şirkətləri və rəsmilərinə qarşı casusluq planlarına yardım edib.

Merkel təhqiqat komitəsində deyib BND-nin iddia olunan fəaliyyətləri ilə ilk dəfə 2015-ci il mart ayında tanış olub. Merkel hələ də dostlar arasında casusluq barədə dediklərinin üzərində dayandığını vurğulayıb. 

Teqlər