Almaniyada NATO və ABŞ siyasətlərinə qarşı aksiya keçirilib
Fev 19, 2017 15:41 Asia/Baku
Amerika Birləşmiş Ştatları və Şimali Atlantik Alyansının siyasətlərinin müxalifləri Almaniyada aksiya keçiriblər.
İRNA-nın məlumatına görə, Almaniyanın Münhen şəhərində eyniadlı Təhlükəsizlik Konfransın keçirildiyi bir vaxtda ABŞ və NATO-nin siyasətlərinə qarşı çıxanlar şüarlar səsləndirib, Amerikanın hərb maşının məqsədlərini irəlilətməyə səy göstərməkdə NATO-nu suçlayıblar.
Etirazçılar həmçinin NATO-nun ləğv edilməsi, dünya tərksilahı və miqrantlarla həmrəyliyi istəyiblər.
Dünyanın 100-dən çox rəsmisi cümə günü Münhen Təhlükəsizlik Konfransının 53-cü sessiyasına qatılıb. Bu konfrans bu gün sona çatacaq.