Mart 02, 2017 11:56 Asia/Baku
  • Merkel Türkiyədə alman jurnalistin saxlanılmasını tənqid edib
    Merkel Türkiyədə alman jurnalistin saxlanılmasını tənqid edib

Almaniya kansleri Türkiyədə terror təşkilatlarını dəstəkləmək ittihamı ilə Di Volt qəzetinin alman müxbiri Dəniz Yücelin saxlanılmasını sərt tənqid edib və onun azad edilməsini istəyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Angella Merkel mətbuat azadlığının demokratiyada əsas prinsip olduğunu bildirib: Berlin Dəniz Yücelin saxlanılmasından sonra onun azad edilməsi üçün Ankaraya təzyiqlərini artıracaq. 

"Almaniya hökuməti Yücelin azad edilməsi üçün bütün lazımi addımları atacaq" deyən Merkelin qənaətincə, Yücel öz işini davam etdirməkdən başqa heç bir iş görməyib. 

Türkiyə-Almaniya vətəndaşı olan Yücel 18 fevralda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxınlarından olan bu ölkənin energetika naziri Berat Albayrak barədə məqalə yazdığına görə, türk polisi tərəfindən saxlanılıb. 

Türkiyədə 2016-cı il iyulun 15-də çevriliş cəhdi məğlubiyyətə uğradıqdan sonra, bu ölkə rəsmiləri ordu, polis, ədliyyə, müxalif siyasi rəsmilər, incəsənət xadimləri və yazarlar arasında kütləvi həbslərə başlamışlar. 

Avropa Birliyi Türkiyə hökumətini siyasi müxalifləri ilə hesablaşmaq üçün çevriliş hadisəsindən sui-istifadə etməkdə suçlayıb. 

Teqlər