Kəşmirdə Hindistan dövlətinə qarşı aksiya keçirilib
Hindistanın nəzarəti altında olan Kəşmir məntəqəsinin əhalisi bu ölkə dövlətinə qarşı aksiya keçirib.
Daxil olan məlumata görə, bir neçə kəşmirli gəncin Hinidistanın təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmasının ardınca Kəşmir əhalisi bu gün aksiya keçirərək, bu gənclərin azadlığa buraxılmalarını tələb edib.
Hinidistanın təhlükəsizlik qüvvələri 21 kəşmirli gənci puç bəhanələrlə həbs ediblər.
Belə bir halda Kəşmirin Racuri məntəqəsində naməlum hücumçular bir nəfəri öldürüblər.
Hindistanın nəzarəti altında olan Kəşmirin durumu 2016-cı il iyulun 8-dən və Əlmucahidin partiyasının lideri Burhan Muzəffər Vaninin Hinidistanın təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmasının ardınca gərginləşibdir.
Hinidistanın təhlükəsizlik qüvvələrinin 2016-cı il iyulun 8-də Kəşmirə qarşı hücumundan bəri 135 nəfərdən çox insan öldürülüb, minlərlə nəfər yaralanıb və ya həbs olunubdur.
BMT Təhlükəsizlik Şurasının qətnaməsi Kəşmirin vəziyyətinin təyini üzrə referendumun keçirilməsini vurğulayır.