Mart 24, 2017 20:57 Asia/Baku
  • Türkiyə Avropa Parlamentində söz və ifadə azadlığının pozulmasını pisləyib
    Türkiyə Avropa Parlamentində söz və ifadə azadlığının pozulmasını pisləyib

Türkiyənin ədliyyə naziri Avropa Parlamentində söz və ifadə azadlığının pozulmasını pisləyib.

Anadolu İnformasiya Agentliyinin məlumatına görə, Avropa Parlamentinin Daily Sabah həftəliyinin yayımını qadağan etməsi ardınca, Türkiyə ədliyyə nazir Bəkir Bozdağ bu gün bu hərəkəti pisləyib və onu AB-nin qanunvericilik orqanında söz və mətbuat azadlığının açıq-aşkar pozulması adlandırıb.

O əlavə edib: Avropa Parlamenti müntəzəm şəkildə söz və mətbuat azadlığının pozulmasında Türkiyəni qınayır. Amma özü rəsmi şəkildə belə azadlıqları pozur.

Türkiyənin ədliyyə naziri Avropa Parlamentində ingilis dilli bu həftəliyin yayılmasına qadağa üzrə qərarı ədalətsiz və faşist qərar adlandırıb: Bu qərar Avropada KİV və mətbuat azadlığının pozulmasının bariz nümunəsidir və Avropa dəyərlərini sual altında qoyur.

Bəkir Bozdağ bildirib: İnsan haqları və söz və ifadə azadlığı haqda Türkiyəni tənqid edənlər Avropaya növbə çatdığı zaman sükut edirlər. Lakin Türkiyəyə aid nəşrin yayılması haqda Avropa parlamentinin belə bir qərar verməsi bu qurumun qara üzünü daha aydın göstərir. Buna görə, biz hazırda Avropa parlamentindən söz və ifadə azadlığına riayət etməsini istəyirik.

Teqlər