Apr 01, 2017 18:49 Asia/Baku
  • Hindistan ordusunun 4 hərbçisi Kəşmirdə yaralanıb

Hindistanın ordu rəsmiləri bildiriblər ki, Hindistanın nəzarəti altında olan Kəşmirdə silahlı şəxslərin hücumu nəticəsində 4 hərbçi yaralanıb.

Çin xəbər agentliyinin verdiyi məlumata görə, Hindistan ordusunun bir rəsmisi şənbə günü deyib: Hindistan hərbçiləri Kəşmirin yay mərkəzi sayılan Sringer şəhərinin ətrafında silahlı şəxslərin hücumuna məruz qalıblar.

O həmçinin deyib: Bu silahlı qrup Bemina adlı məntəqədə Hindistan ordusunun avtomobillərinə hücum edib.

Son günlər Hindistanın nəzarəti altında olan Kəşmirdə narazı xalq kütləsi ilə Hİndistan polisi arasında çıxan toqquşmalar yenidən şiddətlənib.

Ötən ilin 19 iyul tarixində Kəşmirin Mücahidlər Partiyasının başçısı Bürhan Müzəffər Vaninin Hindistanın təhlükəsizlik qüvvələri tərəfindən qətlə  yetirilməsinin ardınca, Kəşmirdə vəziyyət gərginləşib.

Teqlər