Apr 10, 2017 20:01 Asia/Baku
  • Hindistanın nəzarətində olan Kəşmirdə dörd nəfər həlak olub
    Hindistanın nəzarətində olan Kəşmirdə dörd nəfər həlak olub

Hindistanın nəzarət etdiyi Kəşmirdə təhlükəsizlik qüvvələri ilə Yeni Dehlinin siyyasətlərinə etiraz edənlər arasında baş verən qarşıdurmada dörd etirazçı həlak olub.

İRNA-nın məlumatına görə, Hindistan ordusu bazar ertəsi günü bildirib: Həmin dörd nəfər Camu və Kəşmirdə təhlükəsizlik qüvvələri ilə toqquşmada ölüb.

Hindistan ordusu iddia edib ki, Pakistan sərhədindən Hindistan ərazisinə keçməyə cəhd edən bu şəxslər sərhədçilərlə toqquşmada ölüb.

Kəşmirdə yerli seçkilərin keçirilməsinə etiraz edən yerli etirazçılarla polis arasında baş verən qarşıdurmada səkkiz nəfər həlak olub. Hindistan ordusu bunun ardınca bu bölgədə təhlükəsizlik tədbirlərini gücləndirib.

Hindistanın nəzarətində olan Kəşmir əhalisi bu bölgədə dövrəarası seçkilərin keçirilməsinə etiraz olaraq aksiya keçirib.

Teqlər