Amerika atom bombasını sınaqdan keçirdi
Dünyanın diqqətinin ABŞ ilə Şimali Koreya arasındakı çəkişmələrə yönəldiyi bir halda, Amerika Nüvə Təhlükəsizliyi Milli İdarəsi bildirib ki, bu ölkə Nevada ştatında yeni, cazibə qüvvəsinə malik atom bombasının sınağını uğurla həyata keçirib.
Russiya Today telekanalı saytının məlumatına görə, Birləşmiş Ştatların "B61-12" atom bombasının atılması ilə bağlı sınaqların ilk etapı Amerika Nüvə Təhlükəsizliyi Milli İdarəsi və bu ölkənin hava qüvvələri tərəfindən Las-Veqas şəhərində həyata keçirilib.
Amerika hava qoşunlarının "Nellis" hərbi poliqonunda həyata keçirilmiş bu sınaqda "B61-12" atom bombasının özəllikləri, eləcə də "F-16" qırıcı-bombardmançı təyyarəsinin qüdrəti dəyərləndirilibdir.
Vaşinqtonun nüvə sınağı elə bir halda həyata keçirilibdir ki, Ağ Ev rəsmiləri bundan öncə təhrikedici çıxışlarında Prenyanı hədələyərək bildirmişdilər ki, altıncı nüvə sınağını həyata keçirəcəyi təqdirdə Birləşmiş Ştatlar ordusu Şimali Koreyaya hücuma hazır olacaqdır.
Vaşinqton özünün militarist və müdaxilə xarakterli siyasətləri istiqamətində Suriyaya raket təcavüzündən və öz dəniz qüvvələrini Koreya yarımadasına göndərdikdən sonra cümə axşamı günü ilk dəfə olaraq, özünün "bütün bombaların anası" adlı dünyanın ən güclü qeyri-atom bombasını Əfqanıstanda sınaqdan keçirdi.