Apr 15, 2017 19:01 Asia/Baku
  • İran dövləti Şərqi Azərbaycanda seldən zərərçəkənlərin kənarındadır

Şərqi Azərbaycan ostanında seldən zərərçəkənlərə yardımın göstərilməsi prosesini araşdırmaq üçün İran prezidenti təfərindən bu ostana səfər etmiş energetika naziri deyib ki, dövlət seldən zərərçəkənlərə yardım üçün əlindən gələni əsirgəməyəcək.

Cümə günü Şərqi və Qərbi Azərbaycan ostanlarında güclü yağış çayların daşmasına və bu iki ostandakı bəzi məntəqələrdə selə səbəb olubdur.

İndiyədək Şərqi Azərbaycan ostanındakı seldə həlak olanlardan 29 nəfərin cəsədi tapılıb və digər cəsəd və itkinlərin axtarışı üzrə səylər davam edir.

Həmid Çitçiyan bu gün Şərqi Azərbaycan ostanının Azərşəhr və Əcəbşir şəhərlərində sel vurmuş məntəqələrdən baxış keçirmənin kənarında bildirib ki, bu selin cərəyan sürəti saniyədə 140 kubmetr olubdur. O, deyib: Lazım olan təqdirdə, itkin düşənlərin axtarışı üçün xüsusi maşın avadanlıqları təmin olunaraq, bu qüvvələrin ixtiyarına veriləcək.

Çitçiyan əlavə edib: Şərqi Azərbaycan ostanında yağıntılar və sel cərəyanı şiddətinin yüksək olmasına rəğmən, bu ostandakı kəndlərə və şəhər mənzillərinə xəsarətlər dəyməyibdir.

İran prezidenti seldən zərərçəkənlərə yardımın göstərilməsi prosesini araşdırmaq üçün bu gün energetika naziri Həmid Çitçiyanın başçılığı altında olan bir heyəti sel vurmuş ostanlara göndəribdir.

Sel hadisəsində Azərşəhr və Əcəbşir məntəqələri sakinlərindən bir qrupunun həlak olmasına görə, sabah Şərqi Azərbaycan ostanında ümumi matəm elan edilib.

İnsan və maliyyə baxımından seldən başlıca zərər çəkmiş Azərşəhr və Əcəbşir məntəqələri Şərqi Azərbaycan ostanının mərkəzi olan Təbriz şəhərindən cənubda yerləşirlər.

Teqlər