Apr 17, 2017 22:16 Asia/Baku

Camu və Kəşmir Universitetlərinin tələbələri Hindistan təhlükəsizlik qüvvələrinin təcavüzkar və repressiv siyasətlərinə etiraz üzrə aksiyaları insidentlə nəticələnib.

Sərhədaşırı bölmənin Hind radiosunun məlumatına görə, Hindistan polisi aksiyanı yatırmaq üçün güllə, gözyaşardıcı qaz və dəyənəkdən istifadə edib. 

Hindistan polisinin hücumu nəticəsində 200-dən çox etirazçı yaralanıb. Yaralananlar arasında bir neçə qız tələbə də vardır. 

Kəşmir Hürriyyət Konfransının rəhbərləri Hindistan təhlükəsizlik qüvvələrinin kəşmirli etirazçılara hücumunu müharibə cinayətləri adlandırıb və insan haqlarına zidd olduğunu qeyd ediblər. 

Hindistanın nəzarətində olan Kəşmir ötən gün də təhlükəsizlik qüvvələrinin Sringer şəhərində atəş açması nəticəsində 17 yaşlı yeniyetmənin həlak olması ilə nəticələnib. 

Satış obyektləri, təhsil ocaqları və nəqliyyatın fəaliyyətini dayandırması ilə Kəşmirdə əhalinin vəziyyəti gərginləşib. 

Hindistanın nəzarətində olan Kəşmirdə təhlükəsizlik qüvvələri tərəfindən əl-Mücahidin partiyası rəhbəri Bürhan Vaninin ötən iyulda qətlə yetirilməsindən sonra, Kəşmirin vəziyyəti gərginləşib. 

Hindistan ordusu hərbçiləri ilə kəşmirli etirazçılar arasında baş verən toqquşmalarda, təxminən 150 nəfər həlak olub, minlərlə nəfər yaralanıb və həbs olunub. 

Teqlər