Apr 18, 2017 09:22 Asia/Baku
  • Türkiyə ATƏT-in iddiasına reaksiya verib
    Türkiyə ATƏT-in iddiasına reaksiya verib

Türkiyə XİN-i bir bəyanat yayaraq, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilən referendumun beynəlxalq standartlara cavab vermədiyinə dair iddiasını qəbul olunmaz və düşməncəsinə adlandırıb.

İRNA-nın verdiyi məlumata görə, Türkiyə XİN-i dünən gecə ATƏT-in demokratik və hüquq qurumları bürosunun eləcə də  Avropa Şurası Parlament Assambleyasının Türkiyədəki referendum ilə əlaqədar  hesabatlarını qəbul edilməz, müdaxiləçi və həqiqətdən uzaq adlandırıb. 

Türkiyənin Xarici İşlər Nazirliyi bu bəyanatda bildirib ki Türkiyənin ATƏT-in demokratik qurumları ilə seçkilərə nəzarət sahəsindəki əməkdaşlıqları uzun illərdir davam edir və onlar elə bu istiqamətdə Türkiyə referendumuna çağırılmışdılar, Türkiyə rəsmiləri Avropanın demokratik təsisatlarının nəzarətçilərinə ölkə boyu fəaliyyət şəraiti yaratmışdı və onlarla hərhansı əməkdaşlıq etdi. 

Türkiyədə konstitusuyaya dəyişiklik üzrə referendumda rəylərin sayılması dünən tam bitib və yekun nəticələrə görə, Türkiyə xalqı səslərin yarısından bir az çox səslə referenduma " bəli "deyib.

Teqlər