Apr 27, 2017 10:23 Asia/Baku
  • Türkiyə bir zindana çevrilməkdədir
    Türkiyə bir zindana çevrilməkdədir

Türkiyənin Cümhuriyyət qəzetinin keçmiş baş redaktoru deyir: Ölkədə həyata keçirilən iri miqyaslı həbslər ilə Türkiyə bir zindana çevrilməkdədir.

İRİB-nin verdiyi məlumata görə, Can Dündar çərşənbə günü deyib: Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan 15 İyul 2016-cı il dövlət əleyhinə uğursuz çevriliş cəhdindən öz hakimiyyətini gücləndirmək üçün istifadə edir. 

Cümhuriyyət qəzetinnin sabiq baş redaktoru Can Dündar və qəzetin Ankara ofisinin müdiri Ərdəm Gül Türkiyənin Milli İstihbarat Təşkilatına (MİT) aid yük maşınlarının Suriyada silahlı müxaliflər üçün silah daşıması barədə video-görüntüləri yayımlamaqda ittiham və mühakimə edilərək, işdən kənarlaşdırılıblar. 

Cümhuriyyət qəzetinin bir sıra digər əməkdaşı da ötən bir neçə ayda terrorçularla əməkdaşlıq etmək, kürd sakinli məntəqələrdə iğtişaş törətmək və 15 İyul dövlət çevrilişinə uğursuz cəhdə dəstək vermək kimi ittihamlarla həbs ediliblər. 

15 İyul 2016-cı il tarixində Türkiyədə dövlət çevrilişinə uğursuz cəhdin ardınca bu ölkə rəsmiləri ordu, polis, məhkəmə hakimləri, müxalifət sıraları, jurnalistlər, incəsənət xadimləri və yazıçılar arasında geniş həbslər həyata keçirməyə başlayıblar. 

Avropa Birliyi Türkiyə dövlətini 15 İyul dövlət çevrilişinə uğursuz cəddən öz siyasi müxaliflərinə təzyiq göstərmək üçün bir vasitə olaraq istifadə etməkdə ittiham edir. 

Teqlər