May 06, 2017 10:25 Asia/Baku
  • Hindistanda 11 radikal hinduya ömürlük həbs
    Hindistanda 11 radikal hinduya ömürlük həbs

Mumbai Ali Məhkəməsi bir neçə nəfəri qətlə yetirmək və bir müsəlman qadına təcavüz etmək ittihamı ilə 11 radikal hindunun ömürlük azadlıqdan məhrum edilməsi qərarını təsdiqləyib.

İRİB-in Hind radiosunun məlumatına görə, 2002-ci ildə Qəcrat əyalətində qrup şəklində bir qadına təcavüz etmək cinayəti ilə cinayətkar hesab olunan bu 11 nəfər Mumbai Ali Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum edilib. 

Hindistan Mərkəzi Təhlükəsizlik Xidməti 11 nəfərdən üçünə edam qərarının verilməsini istəyib. Lakin Ali Məhkəmə bu tələbi rədd edib. 

Qeyd edək ki, 2002-ci il 3 martda Qəcrat əyalətində bir bölgədə radikal hindular bir müsəlman ailəyə hücum edib. 

Bu hücumda 7 nəfər, o cümlədən 3 uşaq həlak olub, 6 nəfər itkin düşüb və ailənin qadını cinayətkarların təcavüzünə məruz qalıb. 

Bundan öncə də radikal hindular 1992-ci il 6 dekabrda Feyzabad şəhərində Babri məscidini dağıtmaqla müsəlmanlara hücum edib və 2 min müsəlmanı qətlə yetiriblər. 

Radikal hindular Babri məscidini dağıtmaqla orada Ram məbədini inşa etmək niyyətində imişlər. 

Hindistan müsəlmanları dəfələrlə etiraz aksiyaları təşkil edərək radikal hindular tərəfindən Babri məscidinin dağıdılmsını pisləyib və cinayətkarların cəzalandırılmasını istəyiblər. 

Teqlər