Avropadan ABŞ-a kompüterlərin aparılması qadağan olunur
ABŞ hökuməti Avropanın Birləşmiş Ştatlara uçuşlarında sərnişin göyərtəsinə şəxsi kompüterlərin gətirilməsi qadağası layihəsini araşdırmağa başlayıb.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin sözçüsü David Laban ötən gecə bildirib: Yay tətillərinə yaxınlaşmaqla ABŞ Daxili Təhlükəsizlik Nazirliyi hava uçuşlarında şəxsin kompüterlərin Amerikaya gətirilməsi qadağasını araşdırır.
ABŞ hökuməti mart ayında bildirmişdi ki, terorr aktlarının qarşısını almaq məqsədilə ABŞ istiqamətində hava səfərlərində sərnişin göyərtələrinə şəxsi kompüter və kompüter oyunlarının gətirilməsi qadağan olunacaq.
Məlumata görə, Türkiyə, Misir, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Mərakeş, Qətər və İordaniya da ABŞ-ın bu ölkəyə uçuşlarda şəxsi kompüterlərin gətirilməsini qadağan edəcəyi ölkələr sırasındadır.
Britaniya da ABŞ-a baxaraq, Misir, Səudiyyə Ərəbistanı, Tunis, İordaniya, Livan və Türkiyədən gələn hava səfərində sərnişin göyərtəsinə şəxsi kompüterlərin gətirilməsini qadağan edib.