Hindistan polisi 2 kəşmirli müsəlmanı qətlə yetirdi
İnformasiya qaynaqları Hindistanın nəzarəti altında olan Kəşmirdə yerli müsəlman əhali ilə Hindistan dövlət qüvvələri arasında çıxan toqquşmada 2 mülkinin öldürülməsindən xəbər veriblər.
İRİB-nin verdiyi məlumata görə, cümə axşamı səhər saatlarında Kəşmirin şimalında, Supur məntəqəsində təhlükəsizlik qüvvələrinin hücumu zamanı 2 yerli sakin qətlə yetirilib.
Bundan öncə Kəşmirin Azadlıq Konfransının başçılarından olan Seyid Əli Şah Gilani Hindistan hökumətindən Kəşmirdə referendumun keçirilməsi yolu ilə bu məntəqə sakinlərinə öz taleyini təyin etmək icazəsi verməsini istəmişdi.
Kəşmirin Milli Konfransının sədri isə Hindistanın baş naziri Narendra Mudinin Kəşmirdə təhlükəsizliyin təmin ediməsi üzrə siyasətlərini tənqid edərək, Hindistan hökumətinin Kəşmirdə mövcud olan problemlərin həllində təxirə yol verməsinin ciddi mənfi nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.
Faruq Abdullah Mudinin siyasətlərini tənqid edib və deyib: Hökumət müzakirə yolu ilə Kəşmir əhalisinin istəklərini təmin etməlidir.
BMT Təhlükəsizlik Şurasının Kəşmirin taleyini təyin etmək üzrə qətnaməsinə rəğmən Hindistan hökuməti bu qətnaməyə əhəmiyyət verməyərək, Kəşmirin müsəlman əhalisinə öz taleyini təyin etmək haqqı tanımır.
Kəşmirdə vəziyyət ötən ilin 8 iyul tarixindən və Kəşmirin Mücahidlər Partiyasının başçısı Burhan Vaninin təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilməsinin ardınca xeyli gərginləşib.
1989-cu ildən bəri Hindistanın nəzarəti altında olan Kəşmirdə müsəlman əhali ilə təhlükəsizlik qüvvələri arasında çıxan toqquşmalarda 68 min nəfər həyatını itirib.