İyun 02, 2017 18:30 Asia/Baku
  • Hindistan nüvə başlıqlı raketi sınaqdan keçirib

Hindistan bu ölkənin Odişa əyalətində nüvə başlıqları daşıya bilən yerli "Peritoy-2" raketini uğurla sınaqdan keçirib.

Bu raket bu gün səhər "Çandipur" bazasında yerləşən bir səyyar platformadan atılıb.

Hindistanın baş hərbi rəsmilərindən biri deyibdir ki, bu raket trayektoriyasını dəyişərək, düşmən raketləri tərəfindən hədəfə alınmasına mane ola bilir.

Təqribən 350 kilometrlik mənzilə malik olan bu raket bir ton ağırlığında nüvə və döyüş başlıqlarını daşıya bilir.

"Peritoy-2" raketi həm maye, həm də quru yanacaqdan istifadə edə bilir.

"Peritoy-2" raketinin sonuncu uğurlu sınağı 2016-cı ilin mayında həyata keçirilmişdi.

"Peritoy" Hindistan istehsalı olan ilk ballistik raketdir.

Teqlər