İyun 20, 2017 09:35 Asia/Baku
  • Camu və Kəşmirdə yüzlərlə pakistanlı qırğın edilib
Camu və Kəşmirdə yüzlərlə pakistanlı qırğın edilib
    Camu və Kəşmirdə yüzlərlə pakistanlı qırğın edilib Camu və Kəşmirdə yüzlərlə pakistanlı qırğın edilib

Pakistan böhrana nəzarət təşkilatının baş müdiri Hindistanı Camu və Kəşmirdə yüzlərlə pakistanlını qırğın etməkdə ittiham edib.

Zəhirəddin Qureyşi dünən Pakistan parlamentinin Kəşmir məsələləri üzrə daimi komitəsinə təqdim etdiyi hesabatında bildiribdir ki, indiyədək hind hərbçilərin Hindistanın nəzarəti altında olan Kəşmir neytral zonasına qarşı hücumları nəticəsində 832 pakistanlı öldürülüb, üç min pakistanlı da yaralanıbdır.

Qureyşinin sözlərinə görə, bu hücumlarda 3300 evə də xəsarət dəyibdir.

Pakistan böhrana nəzarət təşkilatının baş müdiri sonra belə söyləyib: Hindistanın nəzarəti altında olan Kəşmir neytral zonasında yaşayan 425 min mülki hind hərbçilərin hücumları təhlükəsi altındadır.

Kəşmirin bir hissəsi Hindistan, digər bir hissəsi isə Pakistan ərazisində yerləşir, amma hər iki ölkə bütün Kəşmirin mülkiiyəti iddiasındadır və elə bu məsələ Yeni-Dehli ilə İslamabad arasındakı uzun keçmişə malik münaqişənin əsas səbəblərindəndir.

Teqlər