Rusiya Ukraynanın silahlandırımasına qarşı çıxıb
Rusiya Federasiyasının rəsmilərindən biri deyib: Rusiya Ukraynanın silahlandırılmasının qəti əleyhinədir.
Spotnik xəbər agentliyinin verdiyi məlumata görə, RF Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin vitse prezidenti Frants Klintseviç deyib: Rəsmi Moskva daxili müharibə şəraitində olan bir ölkənin silahlandırılmasının qəti əleyhinədir.
Ukrayna prezidenti Pietro Poroşenko dünən ABŞ-ın Kiyevə silah verməsində maraqlı olduğunu demişdi.
Ötən may ayının axırlarında ABŞ senatı 2017-ci il 30 dekabradək federal büdcə layihəsinin ilkin mətnini qəbul etdi. Bu mətnə əsasən ABŞ-ın Müdafiə Nazirliyi ölümcül silahlar, lojestik yardımlar eləcə də kəşfiyyat dəstəyindən ibarət olan 150 milyon dollarlıq yardımı Ukraynaya göstərə biləcək.
Eyni zamanda Rusiya Prezident Administrasiyasının sözçüsü Dmitri Peskov bildirib ki, Ukraynın silahla təmin edilməsi Donbas vilayətində böhranın həlli ilə nəticələnməyəcək.
Donbas vilayəti Ukraynanın şərqində yerləşir. Bu vilayət 2014-cü ildən bəri rus kökənli sakinlərlə mərkəzi hökumət arasında toqquşmaların səhnəsinə çevrilib. İndiyədək bu sahədə beynəlxalq vasitəçilik fəaliyyətləri heç bir nəticə qazandırmayıb.