İyun 29, 2017 11:44 Asia/Baku
  • Hindistan vətəndaşları müsəlmanlar əleyhinə zorakılığa qarşı aksiya keçirdi
    Hindistan vətəndaşları müsəlmanlar əleyhinə zorakılığa qarşı aksiya keçirdi

Hindistan vətəndaşları bu ölkənin müxtəlif şəhərləri, o cümlədən paytaxtda bu ölkədə müsəlmanlar əleyhinə son zorakılıqlara etiraz olaraq küçələrə axışıblar.

Press TV-nin məlumatıan görə, minlərlə Hindistan vətəndaşı çərşənbə günü Yeni Dehlidə aksiya keçirərək müsəlman azlığa hücumlar qarşısında hökumətin sükutunu pisləyərək müsəlmanların dərdinə şərik çıxıb. 

Etirazçılar Hindistan hökumətinin müsəlmanlara qarşı zorakılıqlara cavab verməsini istəyiblər. 

Mumbai şəhərində də yüzlərlə nəfər, o cümlədən bir neçə Bollivud ulduzu Hindistan müsəlmanlarına qarşı zorakılığa etiraz aksiyasında iştirak edib. 

Ötən cümə günü Yeni Dehlinin ətrafında bir qatarda təxminən 20 nəfər 4 müsəlmana hücum edib. Nəticədə bir gənc vəhşiliklə qətlə yetirilib və iki nəfər də ağır yaralanıb. 

Son qarşıdurmalar əsasən inəklər üzərindəki çəkişməyə görə formalaşıb. 

Ötən cümə günü baş verən hadisədə hücum edən şəxslər bu 4 müsəlmanı inək əti yeməkdə suçlayıblar. Çünki hindistanlıların fikrincə inək müqəddəs heyvandır və onun ətini yemək bu öklənin bir çox hissəsində qeyri-qanunidir və ya məhdudlaşdırılmışdır. 

Müsəlmanlar 1,3 milyardlıq Hindistan əhalisinin təxminən 14%-ni təşkil edirlər. 

İnsan haqları müdafiəçiləri qrupları isə bu qənaətdədirlər ki, Hindistan hökuməti rəsmiləri, o cümlədən baş nazir indiyə qədər müsəlmanlara qarşı hücumlara sərt reaksiya verməmiş və belə hərəkətləri pisləməmişlər. 

Teqlər