Pakistan baş naziri Paraçinar şəhidlərinin dərdinə şərik çıxdı; kompensasiya ilə
İyun 29, 2017 17:49 Asia/Baku
Pakistanın müxtəlif şəhərlərində ictimai etirazların artması ilə, bu ölkə baş naziri Paraçinar şəhidlərinin ailələrinə kompensasiya ödəməklə onların dərdinə şərik çıxıb.
İRİB-in məlumatıan görə, Nəvaz Şərif Xeybər Paxtunxah əyalətinin meri ilə telefonla əlaqə saxlayaraq Paraçinardakı son partlayışda həlak olanların hər birinin ailəsinə 1 milyon rupi (təxminən 10 min dollar) və yaralılardan hər birinə də 500 min rupi (təxminən 5 min dollar) ödəməsini istəyib.
Ötən cümə günü Paraçinar şəhərində 2 terror aktında 150 nəfər şəhid olub, yüzlərlə nəfər yaralanıb.