Hindistanda sel və sürüşmə: Azı 24 nəfər həlak olub
İyul 12, 2017 11:45 Asia/Baku
Hindistanın şimal-şərqində sel və torpaq sürüşməsi nəticəsində azı 24 nəfər həlak olub və onlarla nəfər ev-eşiyindən didərgin düşüb.
İRNA-nın məlumatına görə, bir neçə gün öncədən başlayan və hələ də davam edən Hindistanın şimal-şərq əyalətlərindəki güclü leysan yağışları çaylarda su səviyyəsinin artması, sel və daşqınlar və torpaq sürüşməsi ilə nəticələnib.
Hindistan dövlət rəsmiləri sel və torpaq sürüşməsi nəticəsində 24 nəfərin həlak olduğunu təsdiqləyib və həlak olanların sayının artacağını ehtimal ediblər.
Ötən il də Hindistanın şimal-şərqində sel və daşqınlar nəticəsində 42 nəfər dünyasını dəyişmişdi.
Hindistan mövsum yağışlarında davamlı şəkildə güclü daşqn və selin şahididir.