Nüvə anlaşması üzrə birgə komissiyanın Vyana iclası
https://azeri.sahartv.ir/news/dünya-i277100-nüvə_anlaşması_üzrə_birgə_komissiyanın_vyana_iclası
Nüvə Anlaşması üzrə komissiyanın 8-ci iclası İran, 5+1 qrupuna üzv ölkələr və Avropa Birliyi nümayəndələrinin iştirakı ilə Vyananın Kuborq otelində keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 21, 2017 16:04 Asia/Baku
  • Nüvə anlaşması üzrə birgə komissiyanın Vyana iclası

Nüvə Anlaşması üzrə komissiyanın 8-ci iclası İran, 5+1 qrupuna üzv ölkələr və Avropa Birliyi nümayəndələrinin iştirakı ilə Vyananın Kuborq otelində keçirilib.

İranın xarici işlər nazirinin müavini Abbas İraqçı deyir ki, nüvə anlaşmasının icrasında ABŞ-ın öhdəliyini yerinə yetirməməsi və ABŞ-ın yeni hökumətinin nüvə anlaşması ilə qarşılaşma metodu müştərək nüvə anlaşması komissiyasının əsas müzakirə predmetlərindən olacaqdır.

İran xarici işlər nazirinin müavini Seyid Abbas İraqçı deyib: Öz maraqları və ya daxili siyasətləri nəticəsində nüvə anlaşması prosesini əngəlləməyə çalışan ölkə qarşısında başqa ölkələrin reaksiya vermələri gözlənilir. Biz bunu müştərək komissiyadan istəmişik.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin İranın öz öhdəliklərinə tam sadiq qalmasına dair 7 hesabatına rəğmən, ABŞ hökuməti yeni addımında raket fəaliyyətləri bəhanəsi ilə 18 fiziki və hüquqi şəxsi İrana qarşı sanksiyalar siyahısına əlavə edib.

İraqçının sözlərinə görə, Amerikanın öhdəlikləri yerinə yetirməməsinə dair keçmişdə və hazırda olan hallarla əlaqədar müştərək komissiyanın üzvləri bizimlə birlikdə oldular. Bəzi hallarda bəzisi daha çox, bəzisi daha az. Bəzilərinin fərqli baxışları vardı.

ABŞ prezidenti Tramp nüvə anlaşmasını cırmasa da, bu ölkənin sabiq prezidenti kimi İran İslam Respublikası əleyhinə sanksiyalar və təzyiqlər tətbiq etməyi davam etdirir.

2 illik nüvə anlaşması ABŞ-ın heç vaxt ədalətli anlaşma ardınca olmadığını göstərdi.