Kəşmirdə cümə namazına mane oldular
Hindistan təhlükəsizlik qüvvələri bu ölkənin nəzarətində olan Kəşmirin Srinqer came məscidində cümə namazının qılınmasının qarşısını alıblar.
Səhər telekanalının urdu dilli radio-televiziya redaksiyasının məlumatına görə, Hindistanın nəzarətində olan Kəşmirdə təhlükəsizlik tədbirləri gücləndirilib və 4 nəfərdən artıq toplaşma qadağan olunub. Bunun ardınca, ötən gün Narndra Mudi hökuməti Kəşmirin müxtəlif bölgələri, o cümlədən Srinqerdə cümə namazının qılınmasına icazə verməyib.
Ötən üç ayda Kəşmirin Srinqer came məscidində cümə namazının qılınmasın qadağan edilmişdir.
Hindistanın nəzarətində olan Kəşmirin vəziyyəti ötən il təhlükəsizlik qüvvələri tərəfindən əl-Mücahidin partiyasının komandanı Burhan Müzəffər Vainin öldürülməsi ardınca gərginləşib.
Hindistan təhlükəsizlik qüvvələrinin Kəşmir əhalisinə hücumlarında indiyə qədər 200-dən çox sakin həlak olub və minlərlə nəfər yaralanıb.