İyul 29, 2017 19:33 Asia/Baku
  • Britaniyada qəzəblənmiş xalq kütləsi və polis arasında qarşıdurma yaşanıb

Londonun şərqində polis zorakılığı nəticəsində daha bir qaradərilinin həyatını itirməsinin ardınca polis zorakılığına qarşı geniş aksiya keçirilib.

İRİB-nin verdiyi məlumata görə, narazı xalq kütləsi Kinqlənd xiyabanını bağlayaraq, Raşan Çarlzın qətlə yetirilməsi ilə bağlı araşdırmaların aparılmasını istəyiblər. 20 yaşlı Raşan Çarlz Londonun Hakney məntəqəsində polis tərəfindən vurularaq ağır şəkildə yaralanmış, daha sonra həyatını itirmişdi. 

Qəzəblənmiş xalq kütləsi bundan öncə də küçə etirazları keçirərək, polis zorakılığına etiraz etmiş və qaradərililərin həyatının dəyərli olduğunu vurğulamış və irqçiliyə qarşı mübarizənin aparılmasını istəmişdilər. 

Ötən həftə Raşan Çarlz London polisi tərəfindən qətlə yetirildikdən sonra, Britaniyada xalq etirazları səngimək bilmir. 

Teqlər