Avq 08, 2017 09:13 Asia/Baku
  • AB Venesuelada toqquşan tərəflərə müraciət edib
    AB Venesuelada toqquşan tərəflərə müraciət edib

Avropa Birliyi Venesuelada toqquşan tərəfləri ölkədəki siyasi böhrana son qoymağa çağırıb.

İRİB-in verdiyi məlumata görə, AB dünən bir bəyanat yayaraq Venesuelada bütün toqquşan tərəfləri ölkədəki böhrana danışıqlar yolu ilə son qoymaq üçün lazım olan etimad yaratma istiqamətində hərəkət etməyə çağırıb. 

Bəyanatda deyilir: Təsisçilər məclisinin fəaliyyətə başlaması və onun ilkin təşəbbüsləri Venesuelanın demokratik nizam-intizama sülh yolu ilə qayıtması prossesini zəiflədir və bu ölkədəki siyasi qrupların son razılaşmalarına ziddir. Bəyanatda deyilir: Təsisçilər məclisi cəmiyyətin qütbləşməsinə səbəb olub. 

Venesuela son aylar ərzində hökumət müxalifləri tərəfindən destabilliyin şahidi olub. 

Teqlər