5 kəşmirli Hindistan qüvvələri tərəfindən öldürülüb
Avq 08, 2017 11:58 Asia/Baku
Kəşmirlilərlə Hindistanın təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmada 5 kəşmirli ölüb.
İRNA-nın verdiyi məlumata görə, Hindistan ordusunun sözçüsü Raciş Kaliya bu gün səhər çağı 5 kəşmirlinin Pakistan ərazisindən Hindistana daxil olmaq istəyərkən təhlükəsizlik qüvvələri ilə toqquşmada öldürülmələrindən xəbər verib.
Raciş Kaliya Kəşmirin şimalında Kupvara bölgəsində baş vermiş bu toqquşmalarda kəşmirlilərdən silah və hərbi sursat aşkar və zəbt edildiyini də bildirib.
2016-cı il iyulun 8-də Hindistanın nəzarətində olan Kəşmirdə Hizbül-Mücahidinin komandanı Bürhan Vaninin öldürülməsindən sonra bölgədə vəziyyət gərginləşib və indiyədək 225-dən çox kəşmirli ölüb, minlərlə adam yaralanıb yaxud həbs edilib.